Bütün xəbərlər
Orenburq vilayətində yanan taxıl quruducusu çöküb
Tarix: 22-12-2022 13:53 | Bölmə: Karusel


Orenburq vilayətinin İlekski rayonunun Kardailovo kəndində bir gün əvvəl baş verən yanğın zamanı taxıl qurutma maşınının binası uçub, hadisə şahidi tərəfindən videoya çəkilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidmətinin məlumatına görə, taxıl tullantılarının qurudulması üçün çən sıradan çıxıb.
Sonradan məlum olub ki, qəzaya səbəb istilik qurğularının nasazlığı olub.
"Söndürmə işləri zamanı qurutma şaxtasının nazik metal çərçivəsi istiyə tab gətirə bilməyərək dağılıb. Qeyd edək ki, yanğınsöndürənlər bütün təhlükəsizlik tələblərinə riayət etməklə çalışıb və dərhal müəssisənin işçilərinin təhlükəsizliyini təmin ediblər", - deyə, nazirlikdən bildirilib.
Yanğın sahəsi 44 kvadratmetr olub, yanğının söndürülməsinə 6 texnika və 12 nəfər cəlb olunub.
Zərərçəkənlərin olması barədə məlumat verilməyib.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər