Bütün xəbərlər
Putin Netanyahunu Hanukka bayramı münasibətilə təbrik edib
Tarix: 22-12-2022 13:48 | Bölmə: Karusel


Rusiya prezidenti Vladimir Putin İsrailin baş nazirliyinə namizəd Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dövlət başçısı parlament seçkilərində qalib gələn “Likud” partiyasının liderini və bütün israilliləri bu günlərdə qeyd olunan yəhudilərin Hanukka bayramı münasibətilə təbrik edib.
Bundan əvvəl Netanyahu yeni hökumətin uğurlu formalaşdırılması ilə bağlı İsrail prezidenti İshak Herzoqa məlumat verib.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər