Bütün xəbərlər
Dövlət Duması Georgi lentini hərbi şöhrət rəmzləri ilə eyniləşdirib
Tarix: 20-12-2022 12:40 | Bölmə: Karusel


Rusiya Federasiyasının Dövlət Duması üçüncü oxunuşda Georgi lentini hərbi şöhrət rəmzləri ilə eyniləşdirən qanun qəbul edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, mövcud qanunvericiliyə görə, onun ictimai təhqir edilməsi beş milyon rubla qədər cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bundan əlavə, eyni əməl Cinayət Məcəlləsinin nasizmin reabilitasiyası maddəsi ilə tövsif edilirsə, təcavüzkar beş il müddətinə azadlıqdan məhrum edilə bilər.
Qeyd olunur ki, Georgi lenti və onun təsviri ona Rusiyanın hərbi şöhrət rəmzi statusunun verilməsi zərurətindən çıxış edərək vətəndaşlar, ictimai birliklər, müəssisələr, idarələr və təşkilatlar tərəfindən istifadə oluna bilər.
Təşəbbüsü “Vahid Rusiya” Baş Şurasının katibi Andrey Turçak və Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsinin sədr müavini Olqa Zanko dəstəkləyib.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər