Bütün xəbərlər
Polis Yeni Moskvada dostunu qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb
Tarix: 19-12-2022 15:05 | Bölmə: Karusel


Moskvada sərxoş halda mübahisə zamanı dostunu öldürməkdə şübhəli bilinən 43 yaşlı kişi saxlanılıb, Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,istintaqın məlumatına görə, dekabrın 17-də axşam saatlarında Şerbinkadakı evlərdən birinin mənzilində spirtli içki qəbul edən iki kişi arasında münaqişə yaranıb. Şübhəli şəxs rəqibinin sinəsindən azı bir dəfə bıçaq zərbəsi endirib. Zərərçəkmiş aldığı yaradan dünyasını dəyişib.
Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi başlanıb.
Məlum olub ki, kişilər 10 ildən artıqdır ki, dost olublar, lakin spirtli içki qəbul edərkən tez-tez toqquşublar.
Təqsirləndirilən şəxslə bağlı istintaq hərəkətləri aparılır, cinayət işinin istintaqı davam etdirilir.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər