Bütün xəbərlər
Argentina yığmasının qələbəyə görə pul mükafatının məbləği məlum olub
Tarix: 19-12-2022 14:20 | Bölmə: Karusel


Argentina milli futbol komandası dünya çempionatındakı nəticələrinə görə maddi mükafatlandırılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Argentina finalda Fransanı məğlub edərək 36 ildən sonra ilk dünya çempionluğunu qazandı.
Həlledici matç başa çatdıqdan sonra Argentina millisinə Cənubi Amerika Futbol Konfederasiyasının 10 milyon dollar məbləğində çeki təqdim olunub. Çeki soyunub-geyinmə otağında "KONMEBOL"-un rəhbəri Alexandro Dominqes şəxsi Tvitter hesabında elan edib.
Dəyərli mükafat komandanın kapitanı Lionel Messiyə təqdim edilib.
Xatırladaq ki, Argentina fransızları penaltilər seriyasından sonra məğlub etmişdi - komandalar arasında əsas və əlavə vaxtdan sonra 3:3 hesablı heç-heçə qeydə alınmışdı. Matçdan sonra qapıya endirilən zərbələr seriyasında “Albiseleste” daha dəqiq olub – 4:2.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər