Bütün xəbərlər
Çitada baş verən yanğında iki nəfər ölüb
Tarix: 18-12-2022 13:22 | Bölmə: Karusel


Çitada fərdi evdə sobanın qızdırıcısının nasazlığı səbəbindən baş verən yanğında kişi və qadın ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Trans-Baykal ərazisi üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Geodezist” SNT-də yanğınla bağlı məlumat bazar günü, dekabrın 18-i səhər saatlarında daxil olub. Gecikmiş xəbər səbəbindən yanğınsöndürənlər gələnə qədər ev tamamilə yanıb. Qonşular evdə adamların olduğunu deyiblər. Yanğın zamanı xilasedicilər bir kişi və bir qadının meyitini aşkar ediblər.
Yanğın sahəsi 80 kvadratmetrə yaxın olub.
Hadisənin ilkin səbəbi sobanın qızdırıcısının nasazlığı olub.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər