Bütün xəbərlər
Xorvatiya millisi dünya çempionatının bürünc medalını qazanıb
Tarix: 17-12-2022 21:09 | Bölmə: Karusel


Dünya çempionatının bürünc medalları uğrunda görüşdə Xorvatiya millisi Dohadakı “Xəlifə” Beynəlxalq Stadionunda Mərakeş millisinə qalib gəlib – 2:1.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,xorvatiyalı müdafiəçi Coşko Qvardiol 7-ci dəqiqədə İvan Perişiçin ötürməsi ilə hesabı açıb. İki dəqiqə sonra mərakeşlilər qolla cavab verib, Əşrəf Dari fərqlənib.
42-ci dəqiqədə hücumçu Mislav Orsiç Marko Livayinin məhsuldar ötürməsindən fərqlənərək oyuna son qoyub. Görüşün ikinci yarısında tamaşaçılar qol görməyiblər.
Beləliklə, xorvatlar ardıcıl ikinci dünya çempionatında və tarixdə üçüncü dəfə medal qazanıblar. Rusiyada keçirilən planetin son çempionatında Xorvatiya finalda fransızlara uduzaraq gümüş medallara sahib olub.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər