Bütün xəbərlər
Londonda konsert zamanı qadın ölüb
Tarix: 17-12-2022 20:56 | Bölmə: Karusel


"Evening Standard"-ın məlumatına görə, London yaxınlığında yaşayan 33 yaşlı Rebekka İkumelo nigeriyalı müğənni Asakanın konsertinin girişində izdihamın qurbanı olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Populyar sənətçi ötən cümə axşamı 5000-dən bir qədər az oturacaq olan O2 Academy Brixton-da çıxış edib. Konsertə gəlmək istəyənlər daha çox idi, hamıya bilet çatmırdı, pərəstişkarlar içəri keçməyə çalışsalar da, qapılarda sıxıntı yarandı.
Ümumilikdə 8 nəfər xəsarət alıb, 4 qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Rebekka İkumelo özünə gəlmədən dünyasını dəyişib. Hazırda həkimlər iki qurbanın həyatı üçün mübarizə aparır, birinin vəziyyətini stabilləşdirə biliblər.
Əsl adı Əhməd Ololade olan Asaka bütün qurbanları dəstəklədiyini bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları izdihamın başlanğıcını qoyan halları araşdırır. Bəzi şahidlər polislərdən birinin müğənninin pərəstişkarını itələdiyini, o, pilləkənlərə yıxıldığını bildirib. Bundan sonra pandemoniya başlayıb.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər