Bütün xəbərlər
Mourinyo Portuqaliyanın baş məşqçisi olmağa hazırlaşır
Tarix: 15-12-2022 23:46 | Bölmə: Karusel


Joze Mourinyo Portuqaliyanın baş məşqçisi kimi Fernando Santosun potensial varisi hesab olunur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bunun üçün Mourinyo İtaliyanın “Roma”sındakı işini tərk etməli olacaq.
Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş böyük ehtimalla postunu tərk edəcək. Buna səbəb portuqaliyalının dünya çempionatının 1/4 final mərhələsindən ayrılmasıdır. Santos komandası Mərakeşə 0:1 hesabı ilə uduzub.
Portuqaliyada Joze Mourinyonu millinin başında görmək istəyirlər. Tanınmış mütəxəssisə 2026-cı ilə qədər müqavilə təklif etmək istəyirlər. Belə ki, Mourinyonun komandanı 2024-cü il Avropa çempionatı və 2026-cı il dünya çempionatına hazırlayacağı planlaşdırılır.
Bununla belə, Joze Mourinyonun “Roma” ilə 2024-cü ilin iyununa qədər müqaviləsi var. Milli komanda ilə işləmək iki postun birləşməsini nəzərdə tutmur. Və əgər Joze milliyə rəhbərlik etməyə razı olsa, o zaman romalılarla müqaviləni pozmalı olacaq.
Mourinyo müsbət cavab versə, o zaman yayda millini qəbul edə biləcək. 2023-cü ilin ilk yarısında gənclərdən ibarət komandanın məşqçisi Rui Xorxe baş məşqçi kimi fəaliyyət göstərəcək.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər