Bütün xəbərlər
Braziliyanın heyəti Ançelotti üçün yaya qədər gözləməyə hazırdır
Tarix: 15-12-2022 12:10 | Bölmə: Karusel


Braziliya Futbol Konfederasiyası hələ də Karlo Ançelottini baş məşqçi postuna dəvət etmək niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,braziliyalılar italiyalı mütəxəssisi iyun ayına qədər gözləməyə hazırdır.
Carlo Ançelottinin hazırda "Real Madrid"lə müqaviləsi var. Buna görə də braziliyalılar İspaniyada mövsümün sonuna qədər gözləməyə hazırdırlar.
Braziliya millisinin baş məşqçisi Tite komandanın dünya çempionatındakı çıxışından sonra komandanı tərk edib. Baş məşqçi postu isə vakant olaraq qalır. Braziliyalılar Karlo Ançelottini komandanın başında görmək istərdilər, lakin 63 yaşlı italiyalı hələ ki, razılığını verməyib.

"Gazeta Esportiva" xəbər verir ki, Ançelotti razılaşarsa, komandaya müvəqqəti olaraq gənclərdən ibarət məşqçi Ramon Menezis rəhbərlik edəcək. Əgər Karlo Ançelotti imtina edərsə, o zaman vakant vəzifəyə ən çox ehtimal olunan namizəd "Fluminense"-nin baş məşqçisi Fernando Dinizdir.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər