Bütün xəbərlər
Ronaldo "Real Madrid"də məşqlərə başlayıb
Tarix: 14-12-2022 23:39 | Bölmə: Karusel


Portuqaliya millisinin Qətərdə keçirilən dünya çempionatını tərk etməsindən sonra Kriştiano Ronaldo məşqlərə qayıdıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,37 yaşlı futbolçu Real Madridin bazasında görüntülənib.
İspaniyanın “Relevo” portalının məlumatına görə, portuqaliyalı hücumçu Madridətrafı qəsəbələrdə yerləşən “Valdebebas” kompleksində məşğul olub. Ronaldo Real Madrid oyunçularından ayrı məşq edib.
Mənbənin sözlərinə görə, “qaymaqlılar”ın rəhbərliyi Madrid klubunun keçmiş futbolçusu ilə müqavilə imzalamaqda maraqlı deyil. Bununla belə, portuqaliyalıya komandanın bazasında məşq etməyə icazə verilib.
Bundan əvvəl Ronaldonun karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi bildirilirdi. Lakin sonradan məlum olub ki, Portuqaliya millisinin kapitanı Əl-Nəsrin təklifini rədd edib.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər