Bütün xəbərlər
Mourinyo Portuqaliya millisini çalışdıra bilər
Tarix: 13-12-2022 19:58 | Bölmə: Karusel

Futbol üzrə Portuqaliya millisinin məşqçilər korpusunda dəyişiklik edəcəyi gözlənilir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,milli komandaya İtaliya “Roma”sının baş məşqçisi Joze Mourinyo başçılıq edə bilər.
"La Gazzetta dello Sport"un məlumatına görə, portuqaliyalının hazırkı baş məşqçisi Fernando Santosun yaxın vaxtlarda postunu tərk edəcəyi ehtimal edilir. Mourinyoya kombinasiya təklif olunacaq.
Xatırladaq ki, portuqaliyalı futbolçular Qətərdə keçirilən DÇ-2022-nin yarımfinalına düşə bilməyiblər. 1/4 final görüşündə mərakeşlilərə gözlənilmədən 0:1 hesabı ilə uduzublar.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər