Bütün xəbərlər
Melitopol ətrafında körpü partladılıb
Tarix: 13-12-2022 11:06 | Bölmə: Karusel


Melitopol ətrafındakı Konstantinovka kəndindəki körpü ukraynalı diversantlar tərəfindən zədələnib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayıcılar körpünün dayağının yaxınlığında yerləşdirilib.
Terrorçuların əsas məqsədi Zaporojye və Xerson vilayətlərində həyati vacib malların: ərzaq, dərman və tikinti materiallarının tədarükünü pozmaqdır, - "Biz Rusiya iləyik" hərəkatının sədri, Rusiya Federasiyasının Baş Şurasının üzvü Vladimir Roqov bildirib.
Daha əvvəl Melitopolda iki güclü partlayış qeydə alınıb, RİA Novosti xatırladır. Baş verənlərin təfərrüatları araşdırılır. Roqov bildirib ki, insident Moskva vaxtı ilə saat 21:35 radələrində baş verib.




Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər