Bütün xəbərlər
Xerson vilayətinin qubernatorunun müavini avtomobilin partlaması nəticəsində xəsarət alıb
Tarix: 13-12-2022 09:35 | Bölmə: Karusel


Xerson vilayəti qubernatorunun birinci müavini Vitali Bulyuk avtomobilin minanın partlaması nəticəsində orta dərəcəli bədən xəsarətləri alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bölgənin səhiyyə naziri Vadim İlmiyev bazar ertəsi bildirib ki, Bulyukun vəziyyəti stabildir. Lakin avtomobilin sürücüsü partlayışdan yerindəcə keçinib, avtomobil tamamilə yanıb.
“İnterfaks” xəbər verir ki, Vitali Bulyuk müalicə üçün Xerson vilayətinin tibb müəssisələrindən birinə aparılıb. Xerson vilayətində o, iqtisadiyyat, fiskal siyasət, kənd təsərrüfatı, gəlirlər və ödənişlər məsələlərinə nəzarət edir.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər