Bütün xəbərlər
Boris Korçevnikov 2022-ci ilin ən yaxşı teleaparıcısı seçilib
Tarix: 13-12-2022 09:31 | Bölmə: Karusel


Təqvim ilinin sonunda onun nəticələrinə ənənəvi olaraq yekun vurulur. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Tamaşaçılar arasında aparılan sorğu göstərib ki, “Rossiya 1” kanalının aparıcısı Boris Korçevnikov 2022-ci ildə bütün rəqiblərini geridə qoyaraq, ürək yarışında qalib gəlib.
Boris Korçevnikov “Komsomolskaya Pravda” oxucularının səsvermə nəticələrinə görə 2022-ci ilin ən yaxşı teleaparıcısı seçilib. Qəzet xəbər verir ki, “Rossiya 1” kanalının ulduzuna 1292 nəfər səs verib.
Milli reytinqin ikinci pilləsində Vladimir Solovyovdur. “Rossiya 1”də yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin aparıcısının lehinə 1213 tamaşaçı səs verib.
Üçüncü yeri “Bir dəfə Rusiyada” və “Sənə inanmıram” verilişlərinin aparıcısı Əzəmət Musaqəliyev tutub.
Teleaparıcı Andrey Malaxov altıncı yerdə qərarlaşıb. Onunla birlikdə reytinqin ilk on iştirakçısına Aleksey Pimanov, Aleksey Yaqudin, Dmitri Nağıyev və digər televiziya ulduzları daxil olub. Nəşrin sorğusunda ümumilikdə 11 454 nəfər iştirak edib.



Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər