Bütün xəbərlər
Moskvanın yaxınlığındakı Balaşixada ticarət mərkəzi partlayıb
Tarix: 12-12-2022 10:57 | Bölmə: Karusel


Bazar ertəsi Balaşixanın Savvino mikrorayonunda tikinti materiallarının satışı ilə məşğul olan “Stroypark” ticarət mərkəzində güclü yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,RİA Novosti-nin fövqəladə hallar xidmətinin nümayəndələrinə istinadən verdiyi məlumata görə, yanğına üçüncü mürəkkəblik dərəcəsi verilib. Ehtimallara görə, ticarət mərkəzində tikinti materialları yanıb.
Təcili yardım xidmətləri hadisə yerindədir. Ticarət mərkəzinə gələnlərin və əməkdaşların təxliyyəsi aparılır. Yanğının baş vermə səbəbləri və şəraiti araşdırılır.
TASS dəqiqləşdirir ki, insident nəticəsində azı bir nəfər - ticarət mərkəzinin mühafizəçisi yaralanıb.
İlkin hesablamalara görə, yanğının əhatə etdiyi sahə 200 kvadratmetrdir.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər