Bütün xəbərlər
Tite Braziliya millisinin baş məşqçisi postunu tərk edir
Tarix: 10-12-2022 02:17 | Bölmə: Karusel


Braziliya millisinin baş məşqçisi Tite milli ilə işini bitirmək qərarına gəlib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,61 yaşlı mütəxəssis bu barədə xorvatlarla 1/4 final oyunundan sonra keçirilən mətbuat konfransında məlumat verib.
Pentakampeonların mentoru Xorvatiya millisindən məğlubiyyətin ağrılı olduğunu etiraf edib. Bununla belə, o, bundan faciə törətmək fikrində deyil.
Tite 2016-cı ildən braziliyalıları çalışdırır. Onun rəhbərliyi altında milli komanda 2019-cu ildə Amerika Kubokunun qalibi olub. Rusiya və Qətərdə keçirilən dünya çempionatında pentakampeonlular turnirlərin yarımfinalına yüksələ bilməyiblər.
Xatırladaq ki, braziliyalılar DÇ-2022-nin 1/4 finalında xorvatlara penaltilər seriyasında 2:4 hesabı ilə uduzmuşdular.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər