Bütün xəbərlər
Belarusda amnistiya elan edilib
Tarix: 08-12-2022 22:41 | Bölmə: Karusel


Belarusda amnistiyaya əsasən 4,5 minə yaxın insan cinayət cəzasından azad ediləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Müvafiq qanunu Aleksandr Lukaşenko imzalayıb.
Sənədə əsasən, 1600-ə yaxın vətəndaş azadlıqdan məhrumetmə yerlərini tərk edəcək. Amnistiya yalnız az ağır cinayətlərə görə azadlıqdan məhrum edilmiş şəxslərə şamil olunacaq. Bəzi məhbusların cəzaları azaldılacaq.
"Qanun yetkinlik yaşına çatmayanlara, hamilə qadınlara, 18 yaşınadək uşağı olan qadınlara və tənha kişilərə, I və II qrup əlillərə, bir sıra xəstəlikləri olan xəstələrə, hərbi əməliyyatlar veteranlarına şamil edilir. Cəzanın icrası möhləti olan şəxslər və ya şərti məhkum edilmiş şəxslər cəzadan azad edilməlidir”, - məlumatda deyilir.
Bu arada ekstremistlərin və terrorçuların həyatı asanlaşmayacaq.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər