Bütün xəbərlər
Luis Enrike İspaniya millisindəki karyerasını başa vurub
Tarix: 08-12-2022 22:35 | Bölmə: Karusel

İspaniya yığması baş məşqçisiz qalıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Dünya çempionatındakı uğursuzluqdan sonra Luis Enrike postunu tərk edib.
İspaniya millisinin dünya çempionatında uğursuz çıxışı baş məşqçinin istefasına səbəb olub. İspaniya Futbol Federasiyası Luis Enrikenin gedişini açıqlayıb.
Futbol üzrə İspaniya milli komandası dünya çempionatının 1/4 finalına yüksələ bilməyib. 1/8 final mərhələsinin matçında ispanlar Mərakeş komandasına penaltilər seriyasında 0:3 hesabı ilə uduzublar. İspanların oyunu mətbuat tərəfindən tənqid edilib.
Komanda Qətərdən qayıtdıqdan sonra baş məşqçi Luis Enrike istefa verib və bu qəbul edilib. İspaniya millisinin, "Real Madrid"in və "Barselona"nın sabiq yarımmüdafiəçisi Luis Enrike Martines Qarsiya 2019-cu ildən ispanlara rəhbərlik edir. Daha əvvəl gənclər komandalarında çalışmış Luis de la Fuente İspaniya millisinin yeni baş məşqçisi təyin olunub.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər