Bütün xəbərlər
Uimbldon tennis təşkilatçıları rusiyalıları cərimələdilər
Tarix: 08-12-2022 01:49 | Bölmə: Karusel


Çəmən Tennis Assosiasiyası və Bütün İngiltərə Çəmən Tennis və Kroket Klubu Peşəkar Tennis Assosiasiyası (ATP) tərəfindən bir milyon dollar cərimə olunub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Uimbldon təşkilatçıları rusiyalı tennisçilərin yarışdan kənarlaşdırılmasına görə cəzalandırılıb.
Lawn Tennis Association və All England Lawn Tennis and Croquet Club bir milyon dollar cərimələnib.
ATP Rusiya və Belarus tennisçilərini Uimbldon 2022-dən qanunsuz olaraq kənarlaşdırıb. Çəmən Tennis Assosiasiyası 750 min dollar, Bütün İngiltərə Çimən Tennis Klubu isə 250 min dollar cərimə olunub, RİA Novosti xəbər verir. Bundan əvvəl ATP və Qadın Tennis Assosiasiyası (WTA) sonuncu Uimbldon üçün reytinq xallarının verilməməsinə qərar vermişdi. Bundan əlavə, Britaniya tərəfinə gələn il tarixin təkrarlanması ilə bağlı xəbərdarlıq edilib.
Mart ayında Beynəlxalq Tennis Federasiyası Rusiya və Belarusun üzvlüyünü dayandırıb. Komandalar Davis Kuboku və Billie Jean King Kubokundan kənarda qaldılar. Bununla belə, Rusiya və Belarus tennisçilərinə neytral idmançı kimi yarışmağa icazə verilib.


Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər