Bütün xəbərlər
"Hələ terminal mərhələsində deyil"- Pelenin qızı atasının xəstəliyindən danışıb
Tarix: 05-12-2022 15:01 | Bölmə: Karusel


Futbol üzrə üçqat dünya çempionu Pelenin qızı olan Flavia Nascimento əfsanəvi braziliyalının xəstəliyinin son mərhələsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl kimyaterapiyanın müsbət nəticə vermədiyi bildirilirdi.
"Globo Esporte" Flaviyadan sitat gətirir: "Yox, inanın mənə. Əlbəttə, bir gün olacaq, amma indi narahat olmaq tezdir".
Xatırladaq ki, xərçənglə mübarizə aparan Pele noyabrın 30-da xəstəxanaya yerləşdirilmişdi. Ona ürək çatışmazlığı və çaşqınlıq da daxil olmaqla tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub.
Daha sonra Pele özü də hər zamanki kimi müalicəsini davam etdirdiyini deyərək fanatlarını sakitləşdirib.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər