Bütün xəbərlər
Sankt-Peterburq avtomərkəzində güclü yanğın baş verib
Tarix: 04-12-2022 01:21 | Bölmə: Karusel


Sankt-Peterburqun şərqində, Krasnoqvardeyski rayonunda yerləşən avtomobil bazarında güclü yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,boya və avtomobil yağlarının saxlandığı binadan qara tüstü qalxır.
Xilasedicilərin binanı yolun kənarından söndürə bilmələri üçün polis İrinovski prospektini bağlayıb. Hadisə yerində 35 xilasedici çalışır, binanın ölçüsü 60-a 70 metrdir.
Ölən və yaralananlar barədə məlumat verilmir. Yanğının səbəbi hələlik məlum deyil.


Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər