Bütün xəbərlər
Moskvanın "Çvetnoy" bulvarında restoran yanıb
Tarix: 04-12-2022 00:37 | Bölmə: Karusel

Moskvanın "Çvetnoy" bulvarında yerləşən restoranda yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,fövqəladə hadisə yerinə yanğınsöndürmə və xilasedicilər gəlib, 20 nəfər təcili olaraq binadan təxliyə edilib.
Hazırda yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, birinci mərtəbədəki ventilyasiya kanalında piy yataqları yanıb. Ölən və yaralananlar barədə məlumat verilmir.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər