Bütün xəbərlər
Neymar məşqlərə başlayıb
Tarix: 04-12-2022 00:31 | Bölmə: Karusel


Braziliya millisinin lideri koreyalılarla səkkizinci finalda oynaya bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,futbol üzrə Braziliya milli komandası məşq keçirib. Məşqdə hücumçu Neymar iştirak edib.
Serbiya millisi ilə ilk turun matçında Neymar zədələnib. Braziliyalı lider İsveçrə və Kamerun milliləri ilə növbəti iki görüşü buraxıb. Lakin şənbə günü məşqdə Neymar ikitərəfli görüşdə iştirak etdi və hətta qol vurdu. 30 yaşlı hücumçunun Cənubi Koreya millisi ilə 1/8 final matçında iştirak edə biləcəyinə ümid var.
Braziliya 6 xalla G qrupunda birinci yeri tutub.1/8 finalda beşqat dünya çempionu dekabrın 5-də Cənubi Koreya ilə qarşılaşacaq.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər