Bütün xəbərlər
Astanada icazəsiz mitinq dayandırılıb
Tarix: 27-11-2022 01:30 | Bölmə: Karusel

Astana polisi icazəsiz aksiya iştirakçılarının bir sıra həbslərini həyata keçirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, basqıya səbəb çoxsaylı ictimai asayişin pozulması olub.
Hadisə paytaxtdakı gecə klublarından birində başlayıb. Şənbə günü yerli sahibkar orada gənclər üçün kütləvi mədəni tədbir təşkil edib. Üç yüzə yaxın insan onun iştirakçıları olub.
"Toplanış zamanı təşkilatçı dinc toplantıların keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydanı pozaraq, dinc toplaşanları bilərəkdən yalan məlumatlar verərək şəxsi qanunsuz məqsədlərinə çatmaq üçün onları qanunsuz yürüşə çağırıb. Təxribat nəticəsində, ictimai asayiş kobud şəkildə pozulub, nəqliyyat və sosial infrastrukturun tam fəaliyyətinə maneələr yaradılıb”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Təşkilatçı səsgücləndiricidən istifadə edərək, toplaşan gəncləri qanun pozuntularına sövq edib. Aksiya iştirakçılarından heç biri polisin tələblərinə məhəl qoymayıb. Şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə polis əməkdaşları qanunsuz hərəkətlərin, o cümlədən asayiş keşikçilərinə fiziki müqavimətin qarşısının alınması istiqamətində tədbirlər görməyə məcbur olublar.
İğtişaşların təşkilinə görə məsuliyyət daşıyanlar dərhal müəyyən edilərək saxlanılıb. Onların əməllərinə vaxtında hüquqi qiymət veriləcək.
Noyabrın 26-da Qazaxıstanın paytaxtında noyabrın 20-də keçirilən növbədənkənar seçkilərdə qalib gələn Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib. TASS xəbər verir ki, şənbə günü Astanada internetə çıxışda, həmçinin bəzi operatorların mobil rabitəsində fasilələr yaranıb.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər