Bütün xəbərlər
Əfsanəvi isveçli xokkeyçi Berje Salminq vəfat edib
Tarix: 25-11-2022 07:36 | Bölmə: Karusel

Berje Salminq 72 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Torontoda Xokkey Şöhrət Zalına daxil olan ilk isveçli oldu.
NHL mətbuat xidməti keçmiş xokkeyçinin ölümünü açıqlayıb. 2022-ci ildə Salminqə amiotrofik yanal skleroz diaqnozu qoyuldu.
İsveçli 1973-1989-cu illərdə Torontoda çıxış edib. Daha bir mövsümü Detroitdə keçirdi.NHL-də 1148 oyun keçirərək 787 (150 qol + 637 asist) xal toplayıb.
Salming 1996-cı ildə Xokkey Şöhrət Zalına daxil edildi. 2017-ci ildə keçmiş müdafiəçi təşkilat tarixindəki 100 ən böyük NHL oyunçusu siyahısına daxil edildi.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər