Bütün xəbərlər
İlk dəfə: Ronaldo beş Dünya Kubokunda qol vurdu
Tarix: 25-11-2022 06:56 | Bölmə: Karusel


Portuqaliya yığmasının kapitanı Cristiano Ronaldo unikal nailiyyətə imza atıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 5 mundialda qol vuran ilk futbolçu olub.
Ronaldo Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin 1-ci turunun Qana yığması ilə görüşündə 65-ci dəqiqədə fərqlənib. Portuqaliyalı özü qazandığı penaltini qola çevirdi.
Bundan əvvəl futbolçu əvvəlki dörd dünya çempionatında qol vurmağı bacarmışdı. Ümumilikdə Ronaldonun dünya çempionatında 8 qolu var. Bu göstərici üzrə rekordçu almaniyalı Miroslav Klozedir. Onun aktivində 16 qol var.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər