Bütün xəbərlər
Rusiya səfiri izahat almaq üçün Moldova XİN-ə çağırılıb
Tarix: 24-11-2022 00:45 | Bölmə: Karusel

Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov respublikada elektrik enerjisinin kəsilməsi ilə əlaqədar Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,orada işıqla bağlı problemlər Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı infrastruktur obyektlərinə raket zərbələri endirdikdən sonra yaranıb.
“Bəli, səfir Ukraynadakı mərmilərə görə respublikada elektrik enerjisinin kütləvi kəsilməsini izah etmək üçün XİN-ə (Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi – red.) çağırılıb”, - mənbə RİA Novosti-yə bildirib.
Daha sonra Moldovanın xarici işlər naziri Niku Popesku Tvitter hesabında səfirin “Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları”na görə çağırıldığını və bunun “Moldovanı qaranlıqda qoyduğunu” yazıb. Onun sözlərinə görə, Vasnetsovdan izahat tələb olunub.
Çərşənbə axşamı, noyabrın 23-də respublikada elektrik enerjisinin verilişində kütləvi fasilələr başlayıb. Elektrik enerjisinin kəsilməsi Kişinyovda dövlət qurumlarının işində problemlər yaradıb. Ölkə prezidenti Maia Sandu Rusiyanı günahlandırıb.
Fevralın 24-dən etibarən Rusiya Ukraynanın denazifikasiyası və demilitarizasiyası üçün hərbi xüsusi əməliyyat keçirir. Ukrayna tərəfinin Rusiya Federasiyası ərazisində həyata keçirdiyi silsilə terror aktlarından sonra Rusiya silahlı qüvvələri Ukraynanın infrastruktur obyektlərinə zərbələr endirməyə başlayıb.
Noyabrın 23-də növbəti raket zərbələrindən sonra bütün Ukraynada elektrik enerjisi kəsilib. Lvov, Xmelnitski, Xarkov, Kiyev, Nikolaev və Zaporojye tamamilə işıqsız qalıb. Xarkovda şəhər nəqliyyatı dayanıb, sərnişinlər metrodan təxliyə edilib. Ukrenerqo xəbərdarlıq edib ki, bir gün ərzində ölkə daxilində elektrik enerjisinin fövqəladə kəsilməsi baş verəcək.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər