Bütün xəbərlər
Norveç məhkəməsi rusiyalını drondan qeyri-qanuni istifadə etdiyi üçün həbsxanaya göndərib
Tarix: 24-11-2022 00:44 | Bölmə: Karusel


Yerli mətbuat xəbər verir ki, Norveç məhkəməsi qeyri-qanuni olaraq pilotsuz təyyarədən istifadə edən rusiyalıya 3 ay həbs cəzası verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,təqsirləndirilən şəxs özü turizm şirkətində menecer işlədiyi üçün sadəcə təbiət şəkillərini çəkmək istədiyini izah edib. Bununla belə, Norveç qanunları rusların və rus təşkilatlarının ölkə ərazisi üzərindən uçuşunu qadağan edir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Rusiya Federasiyasının vətəndaşı 16 dəfə pilotsuz uçan aparatı havaya qaldırıb. İttiham tərəfi onun üçün 120 sutka həbs istəyib. Ancaq məhkəmə bu müddəti 90 günə endirdi, 29 gün tutulacaq - bu, rusiyalının həbsdə olduğu vaxtdır.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər