Bütün xəbərlər
Həkimlər Mixail Saakaşvilinin vəziyyəti barədə məlumat veriblər
Tarix: 22-11-2022 01:55 | Bölmə: Karusel

Bu gün Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin dəhşətli xəstəliklərə - vərəm və demans diaqnozu qoyulması xəbəri yayılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,həkimlər onların 54 yaşlı xəstəsinin ağır xəstə olduğunu öz rəyləri ilə irəli sürüblər! Məlumatı onun vəkili Şalva Xaçapuridze təsdiqləyib.

“Söhbət həkimlərin ehtimal olunan diaqnozlarından gedir və onlar hələ yekun deyil, bu, sadəcə bir fərziyyədir, həmçinin Mixail Saakaşvilinin 34-ə yaxın başqa ehtimal olunan xəstəliyidir”, - Xaçapuridze şərh edib. Onun sözlərini Gürcüstanın "İnterpressnews" agentliyi sitat gətirir.
Bundan əvvəl Saakaşvili ailəsi qohumunun 17 dəhşətli diaqnozundan danışmışdı. Xatırladaq ki, Gürcüstanın keçmiş rəhbəri həbsxanadan xəstəxanaya köçürülüb.O, ötən il Tbilisidə saxlanılıb - ona bir neçə cinayət işi üzrə ittiham irəli sürülüb. 2022-ci ilin mayında Mixail Saakaşvili Vivamed klinikasına yerləşdirilib və bu günə qədər orada qalıb. Bu barədə “İnterfaks” məlumat yayıb.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər