Bütün xəbərlər
Qaret Beyl Uelsi ABŞ-ın məğlubiyyətindən xilas etdi
Tarix: 22-11-2022 01:42 | Bölmə: Karusel

ABŞ və Uels futbolçuları Qətərdə keçirilən dünya çempionatının “B” qrupunun ilk turunun oyununu keçirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,görüş Əl-Rayyandakı “Əhməd bin Əli” stadionunda baş tutub və rəqiblər qalibi müəyyən edə bilməyib.
Hesabı amerikalı futbolçular açıblar - görüşün 36-cı dəqiqəsində Timoti Vea uelslilərin qapısına zərbə endirib. Qol epizodunda Liberiya prezidentinin oğlu cərimə meydançasının girişində Kristian Pulişiçdən əks ötürmə alıb və topu kəsmək üçün çıxan qapıçı və müdafiəçinin yanından ötürərək tora göndərib.
Uels buna baxmayaraq fəal hücuma davam etməyə çalışdı,ikinci hissədə “əjdahalar”ın müdafiəçisi Ben Devis yaxın məsafədən başla güclü zərbə endirdi, lakin qapıçı topu çarpaz dirəyin altından çıxardı.
Uelslilər yalnız 82-ci dəqiqədə geri çəkilə bilib. Qaret Beyl ABŞ müdafiəçilərindən biri ilə cərimə meydançasında top uğrunda mübarizədə qazona yıxıldı və hakim nöqtəni göstərdi. Zərərçəkmiş cəzanı özü çevirdi.
Nəticə 1:1.
ABŞ və Uels hərəyə bir xal toplayıb, İngiltərə B qrupunun vahid lideri olub. Qaret Sautqeytin yetirmələri bazar ertəsi İranı 6-2 hesabı ilə məğlub ediblər.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər