Bütün xəbərlər
Tokayev yenidən Qazaxıstan prezidenti olacaq
Tarix: 21-11-2022 09:46 | Bölmə: Karusel


Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev bazar günü keçirilən seçkilərdə səslərin böyük əksəriyyətini toplayıb və növbəti 7 il ərzində ölkəyə rəhbərlik edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov bildirib ki, ilkin məlumatlara görə, seçicilərin 81,31 faizi Tokayevə səs verib.
"RİA Novosti"-nin Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi məlumata görə, seçkilərdə iştirak 69,44%-ə çatıb. Tokayevdən sonra ikinci yeri “Auyl” partiyasının namizədi Jiquli Dairbayev tutub. O, 3,42% səs toplayıb.
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Tokayevi seçkilərdə qələbəsi münasibətilə ilk təbrik edənlərdən olub.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər