Bütün xəbərlər
Avstriyanın "Ranqnica" komandası yoldaşlıq görüşündə İtaliya Mançini ilə qarşılaşıb
Tarix: 21-11-2022 09:33 | Bölmə: Karusel


Avstriya millisi yoldaşlıq görüşündə Vyananın “Ernst Happel” stadionunun meydanında İtaliya yığmasına qalib gələrək, rəqib qapısına iki cavabsız qol göndərib – 2:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,qaliblər müvafiq olaraq 6-cı və 35-ci dəqiqələrdə fərqlənən Xaver Şlager və David Alaban qollarına imza atıblar.
Xatırladaq ki, İtaliyaya Sankt-Peterburq “Zenit”inin sabiq baş məşqçisi Roberto Mançini başçılıq edir. 57 yaşlı mütəxəssis üçün bu oyun millinin sükanı arxasında 57-ci olub, bu göstəricidə Marçello Lippi və Çezare Prandellinin nailiyyətlərini (hər biri 56 oyun) ötüb.
Avstriyanın baş məşqçisi əvvəllər Moskvanın “Lokomotiv” klubunda idman və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışmış keçmiş almaniyalı mütəxəssis Ralf Ranqnikdir.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər