Bütün xəbərlər
Məhkəmə 63,5 milyon rubl mənimsəməkdə ittiham olunan FSB əməkdaşlarına bəraət verdi
Tarix: 21-11-2022 02:24 | Bölmə: Karusel

İkinci Qərb Dairə Hərbi Məhkəməsi Rusiya Federasiyası FSB-nin aviasiya departamentinin dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan üç yüksək rütbəli zabitinin cinayət işinə baxıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məhkəmə zabitlər Yuri Kravçenko, Sergey Romanov və Artem Soxinə “cinayət tərkibinin olmamasına görə” bəraət hökmü çıxarıb.
İstintaq orqanlarının məlumatına görə, 2017-2019-cu illərdə bu FTX əməkdaşları hərbi hissələrə müxtəlif texnika və avadanlıqların tədarükü ilə məşğul olan “AsStroy” MMC ilə dövlət müqavilələri bağlayıblar.
İş materiallarına görə, bu şirkət aviasiya avadanlıqlarının saxlanması üçün Vorkutada sökülə bilən anbar kompleksi quraşdırmalı idi, lakin iş aparılmayıb. Zərər 63,5 milyon rubl olaraq qiymətləndirilib.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər