Bütün xəbərlər
Moskvanın mərkəzindəki anbarda baş verən yanğında 5 nəfər ölüb
Tarix: 21-11-2022 02:12 | Bölmə: Karusel

Yanğınsöndürənlər alovla 9 saat mübarizə aparıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Moskva şəhəri, Komsomolskaya meydanı, bina 1A, bina 18 ünvanında yanğınla bağlı xəbər saat 15:00 radələrində daxil olub. Təxminən 2500 kvadratmetr sahədə ikimərtəbəli kərpicdən ibarət anbar binası yanıb. Yanğın nəticəsində birinci və ikinci mərtəbələr arasındakı tavanlar uçub.
"Görülən tədbirlərlə saat 22:03-də açıq yanma söndürülüb və saat 23:55-də yanğın tamamilə söndürülüb. Təəssüf ki, yanğın nəticəsində 1 nəfər xəsarət alıb. Dağıntıların təhlili zamanı 5 nəfərin öldüyü müəyyən edilib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, yanğının söndürülməsinə 121 nəfər canlı qüvvə və 42 texnika, o cümlədən yanğınsöndürən qatar cəlb olunub.
Bundan əvvəl bu yanğın nəticəsində iki nəfərin öldüyü bildirilirdi.
Hadisə yerindən götürülən hava nümunələri zərərli maddələrin icazə verilən maksimum konsentrasiyasını aşdığını göstərməyib.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər