Bütün xəbərlər
"Mançester Yunayted" Ronaldonu məhkəməyə verəcək
Tarix: 20-11-2022 12:30 | Bölmə: Karusel


"Mançester Yunayted"in rəhbərliyini və baş məşqçisini tənqid edən Kristiano Ronaldonun qalmaqallı müsahibəsi İngiltərə klubunu qisas almağa məcbur edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,“qırmızı şeytanlar” portuqaliyalı futbolçuya qarşı məhkəmə iddiası hazırlamaq üçün vəkillər tutub.
"The Guardian Man" United-in planlarını öyrənib. Klubun Ronaldo ilə hazırkı müqaviləni təzminatsız ləğv etmək üçün prosesə başladığı da bildirilir.
37 yaşlı futbolçu bu mövsüm Mançesterdə 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun mankunianlılarla müqaviləsi 2023-cü ilin yayına kimi hesablanıb.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər