Bütün xəbərlər
Kuba prezidenti Moskvaya gəlib
Tarix: 20-11-2022 02:07 | Bölmə: Karusel


Kuba prezidenti Migel Diaz-Kanel Moskvaya gəlib, onun təyyarəsi "Vnukovo-2" hava limanına enib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,RİA Novostinin məlumatına görə, Kuba dövlətinin başçısı xanımı və nümayəndə heyətinin üzvləri ilə birlikdə Rusiyaya uçub.
Kuba prezidentinin olduğu təyyarə Moskva vaxtı ilə saat 21:30-da Moskvaya enib, Diaz-Kanel Venesuelanın Conviasa aviaşirkətinin göyərtəsində Rusiyaya çatıb. Kuba liderini Kuba və Rusiyanın himnini səsləndirən hərbi orkestr qarşılayıb.
Moskvada Diaz-Kanel Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq və Fidel Kastronun abidəsinin açılışında iştirak etmək niyyətindədir.
Bundan əvvəl Moskvada Kuba inqilabçısı Fidel Kastroya abidənin qoyulmasına başlanıldığı bildirilirdi. Pyedestal paytaxtın şimalındakı Sandi küçəsini bəzəyəcək. Abidənin təntənəli açılışının Kuba lideri Migel Diaz-Kanelin iştirakı ilə noyabrın 22-də keçirilməsi planlaşdırılır.



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər