Bütün xəbərlər
Suriya İsraili hərbi mövqelərə hava zərbələri endirməkdə ittiham edir
Tarix: 19-11-2022 12:24 | Bölmə: Karusel

İsrail Müdafiə Qüvvələri şənbə günü səhər tezdən Suriyanın mərkəzi və sahil bölgələrində 4 əsgərin ölümü və bir əsgərin yaralanması ilə nəticələnən hava hücumları ilə bağlı şərh verməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,“The Times of Israel”in məlumatına görə, hava hücumu barədə daha əvvəl Suriya dövlət mediası adı açıqlanmayan hərbçiyə istinadən məlumat yayıb.
Məlumata görə, Aralıq dənizi üzərində uçan İsrail döyüş təyyarələri Suriyanın sahil və mərkəzi bölgələrindəki hərbi mövqelərə raket zərbələri endirib.
Dəqiqləşdirilib ki, Latakiya sahil əyalətində, eləcə də ölkənin mərkəzi hissəsindəki Həma və Homs şəhərlərinin ərazilərində güclü partlayış səsləri eşidilib. Ətraflı məlumat verilmir. İsrail Müdafiə Qüvvələri bu xəbərləri şərh etməyib.
Bundan əvvəl, noyabrın 13-də Suriyanın mərkəzində, məsuliyyəti də İsrailə həvalə edilmiş Şayrat aviabazasına hücum nəticəsində 2 əsgər həlak olub, 3-ü yaralanıb.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər