Bütün xəbərlər
İngiltərədə yumurta satışına məhdudiyyət
Tarix: 19-11-2022 02:55 | Bölmə: Karusel

İngiltərədə paytaxt Londonda fəaliyyət göstərən “Asda Supermarket” şəbəkəsi əhalinin yaşayış bahalığından şikayət etməsindən sonra yumurta satışına məhdudiyyətlər qoyub.
Sabaha-inamla.az türk mətbuatına istinadən xəbər verir ki,İngiltərə Bankının son günlərdə açıqladığı 3% faiz artımı ilə bir çox müəssisə qiymətlərini artırmağa başladı. Paytaxt Londonda yaşayış xərclərinə diqqət çəkmək istəyən ingilislərin hərəkətlərindən sonra faiz artımına münasibətdə bizneslərdən konkret addımlar gəlməyə başlayıb. Londonda fəaliyyət göstərən Asda Supermarket şəbəkəsi qiymət artımı ilə əlaqədar yumurta satışını məhdudlaşdırıb. Sosial media istifadəçiləri də bazarın qərarına reaksiya verib.
Digər tərəfdən İngiltərədə açıqlanan yüzdə 11,1 illik inflyasiya son 41 ilin zirvəsi oldu.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər