Bütün xəbərlər
Andrey Rublev ATP Finalında yarımfinala yüksəlib
Tarix: 19-11-2022 02:34 | Bölmə: Karusel

Rusiyalı tennisçi Stefanos Tsitsipasa qalib gələrək mübarizəni davam etdirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Andrey Rublev Turində keçirilən ATP Final Turnirində sonuncu yarımfinalçı olub. Rusiyalı tennisçi yunanıstanlı Stefanos Tsitsipasa qalib gələrək qrupda ikinci yeri tutub.
Andrey Rublev turnirdə altıncı, rəqibi isə üçüncü nömrə altında yer alıb. Və bu iyerarxiya Tsitsipasın çox güclü oynadığı ilk oyunda öz təsdiqini tapdı - 6:3. Lakin ikinci setdə Andrey daha inamlı göründü və revanş aldı 6:3. Üçüncü hissədə rusiyalı tennisçi üstün olub - 6:2. Görüş 1 saat 42 dəqiqə davam edib.
Rublev qrup mərhələsində bir məğlubiyyətlə iki qələbə qazanıb və bu, ona ikinci yeri tutmağa imkan verib. Andrey norveçli Kasper Ruudla oynayacağı yarımfinala yüksəlib. Serb Novak Cokoviç və amerikalı Teylor Fritz yarımfinalın ikinci cütlüyünə çıxıblar.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər