Bütün xəbərlər
Sumqayıtda “Gənc Təxliyyəçi” adlı praktik seminar keçirildi
Tarix: 19-11-2022 00:45 | Bölmə: Karusel


17 noyabr 2022-ci il tarixində Sumqayit şəhər Gənclər və İdman Baş İdarəsinin və Qızıl Aypara Cəmiyyətinin şəhər bölməsinin birgə təşkilatçılığı ilə “Gənc Təxliyyəçi” adlı praktik seminar keçirilmişdir.
Sumqayit şəhər Gənclər və İdman Baş İdarəsindən Sabaha-inamla.az-a verilən məlumata görə seminarın məqsədi "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərindən irəli gələn məsələlərin həlli, gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, ilkin tibbi yardım, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşmaları istiqamətində maarifləndirilməsidir.
Seminar interaktiv formada keçirilmiş, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilmiş, onların sualları cavablandırılmışdır.
Sabaha-inamla.az



















Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər