10:02 / 25-04-2026
Mənimdir -Vüqar Əhməd
Bütün xəbərlər
Cristiano Ronaldo nə vaxt karyerasını başa vuracağını bildirib
Tarix: 18-11-2022 02:01 | Bölmə: Karusel


Portuqaliyalı qırx yaşına kimi çıxış etməyi planlaşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo gələcəklə bağlı planlarından danışıb. Futbolçu qırx yaşına kimi oynamağı, bundan sonra karyerasını bitirməyi planlaşdırır.
"Qırx yaşıma qədər daha iki il oynayacağam. Qırx yaş karyeramı bitirmək üçün yaxşı yaşdır. Bununla belə, həyat dəyişkəndir. Gələcəkdə nə olacağını heç kim bilmir. Hər hansı plan qurmaq çətindir". "Sport 24" Kristiano Ronaldodan sitat gətirir. Gələn ilin fevralında portuqaliyalı hücumçunun 38 yaşı tamam olacaq.
Kristiano Ronaldo müasir futbolun digər ulduzu Lionel Messi ilə münasibətindən danışıb. "Biz dost deyilik. Bir-birimizə baş çəkmirik, bir-birimizə zəng etmirik. Amma əla münasibətimiz var. Mən Lionelə çox hörmət edirəm və o, həmişə mənim haqqımda hörmətlə danışır", - deyə portuqaliyalı futbolçu əlavə edib.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər