Bütün xəbərlər
İtaliya yığması albanları məğlub edib
Tarix: 17-11-2022 04:10 | Bölmə: Karusel


Dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya yığması yoldaşlıq görüşündə Albaniya yığmasını məğlub edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İtaliya rəqibin qapısına üç dəfə zərbə endirib.
Yarımmüdafiəçi Vinçenso Qrifo dubl və məhsuldar ötürmə, Covanni Di Lorenzo daha bir qola imza atıb. Ardian İsmayili albanların qapısına qol vurub.
Qeyd edək ki, "Udineze"nin yarımmüdafiəçisi Simone Pafundi bu oyunda İtaliya yığmasında debüt edib. Bu, son yüz ilin ən gənc italyan debütantıdır (16 yaş 245 gün).



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər