Bütün xəbərlər
Argentinada ABŞ-ın tələbi ilə müəllif hüquqlarını pozduğuna görə iki rusiyalı saxlanılıb
Tarix: 17-11-2022 01:42 | Bölmə: Karusel

Vaşinqton vətəndaşları qeyri-qanuni olaraq kitabları elektron formatda saxlayan onlayn kitabxanalar yaratmaqda ittiham edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın tələbi ilə Argentinada iki Rusiya vətəndaşı saxlanılıb və onlar müəllif hüquqlarının pozulması, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunurlar. Müvafiq bəyanat çərşənbə günü Baş Prokurorluğun funksiyalarını yerinə yetirən ABŞ Ədliyyə Nazirliyinin saytında dərc olunub.
Sənədə əsasən, Rusiya vətəndaşları Anton Napolski və Valeriya Ermakova noyabrın 3-də Kordova şəhərində saxlanılıblar. ABŞ səlahiyyətliləri onları qanunsuz olaraq kitabları elektron formatda pulsuz yerləşdirən Z-Library onlayn kitabxanasının yaradılması ilə əlaqələndirirlər.
2009-cu ildən bəri pirat platformada 11 milyona yaxın kitab yerləşdirilib, onların əksəriyyəti müəllif hüquqları ilə qorunur və ABŞ səlahiyyətlilərinə görə, lisenziyasız yayıla bilməz. Nyu Yorkun Şərq dairəsi prokurorları Napolski və Ermakovanı müəllif hüquqlarının pozulması, elektron fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham ediblər. Sənəddə qeyd edildiyi kimi, ABŞ-ın tələbi ilə Z-Library-nin fəaliyyəti üçün istifadə edilən 249 domen sıradan çıxarılaraq ələ keçirilib.
Amerika hakimiyyəti rusların təqsirli bilindiyi təqdirdə onları hansı cəza ilə üzləşə biləcəyini izah etmir.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər