Bütün xəbərlər
Polşa nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyini tərk edib
Tarix: 17-11-2022 00:43 | Bölmə: Karusel

Polşanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,müvafiq videonu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yayıb.
Xatırladaq ki, bundan əvvəl Polşa səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı. Bu, Rusiyanın Varşavadakı nümayəndəsinə raketin düşməsi ilə bağlı notanın təqdim edilməsindən sonra baş verib.
Xatırladaq ki, noyabrın 15-də Polşanın Prjevoduv kəndi yaxınlığında raket partlayıb. İki nəfər ölüb. Sursat çox güman ki, Ukraynanın hava hücumundan müdafiə sisteminə aiddir.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər