Bütün xəbərlər
Media: Polşaya düşən raket ukraynalılar tərəfindən atılmış ola bilərdi
Tarix: 16-11-2022 10:13 | Bölmə: Karusel


Ötən gün Polşa ərazisinə düşən raket Ukrayna hərbçiləri tərəfindən Rusiya raketini vurmaq üçün buraxılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə bu gün “Associated Press” ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.
Noyabrın 15-i axşam saatlarında Polşanın şərqində, Ukrayna ilə sərhəddə yerləşən kəndə raket düşüb. İki nəfər ölüb. Polşa Xarici İşlər Nazirliyi raketin Rusiya istehsalı olduğunu iddia edib. Rusiya Müdafiə Nazirliyi Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilmədiyinə inandırıb.
Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden raketi vuranın Rusiya olduğuna şübhə etdiyini bildirib.
"İlkin məlumatlara görə, bu təkzib olunur. İstintaq tam başa çatana qədər bunu demək istəmirəm, lakin trayektoriya baxımından onun Rusiyadan atıldığı ehtimalı azdır. Amma görəcəyik", - o, bildirib. Balidə beynəlxalq liderlərlə görüşdən sonra çıxışı zamanı deyib.
Eyni zamanda, Fransa hakimiyyəti vəziyyətin gərginləşməsinə qarşı xəbərdarlıq edərək, Polşanın şərqinə düşən raketin mənşəyinin müəyyən edilməsində maksimum ehtiyatlı olmağa çağırıb.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər