Bütün xəbərlər
Pilotsuz təyyarə neft anbarını partladıb
Tarix: 16-11-2022 10:01 | Bölmə: Karusel

Qonşu Oryol vilayətində pilotsuz təyyarə neft anbarını partladıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,regionun qubernatoru Andrey Klıçkov bildirib ki, hadisə səhər saat dörd radələrində baş verib.
- Bu gün səhər saat 4 radələrində guya pilotsuz uçuş aparatı kənddəki neft anbarını partladıb. İtki yoxdur, - Oryol News Klıçkovdan sitat gətirir.
Qeyd edək ki, oktyabr ayında qonşu Kaluqa vilayəti iki dəfə pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Bir gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Mərkəzi Rusiyada hava hücumundan müdafiə qüvvələrinin yaradılmasına çağırıb.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər