Bütün xəbərlər
Sluçkiy "Rubin"in baş məşqçisi vəzifəsindən istefa verib
Tarix: 15-11-2022 12:51 | Bölmə: Karusel


Rusiya millisinin 51 yaşlı sabiq məşqçisi 2019-cu ilin dekabrında Tatarıstan Respublikasından olan komandaya rəhbərlik edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,onun rəhbərliyi altında Rubin 20/21 mövsümündə RPL-də dördüncü yeri tutub.
“Rubin” futbol klubunun baş məşqçisi Leonid Sluçskiy öz istəyi ilə postunu tərk edib.
"Bu gün Leonid Viktoroviç klub bazasında komanda ilə vidalaşdı", - Kazan mətbuat xidməti xəbər verir: "O, ona göstərilən etimada görə azarkeşlərə, futbolçulara, klub rəhbərliyinə, şəhər və respublika rəhbərliyinə təşəkkür edib".
“Rubin” də öz növbəsində məşqçiyə minnətdarlığını bildirib və klubun inkişafında əvəzsiz töhfəsinə görə təşəkkür edib.
Sluçkiy 2019-cu ilin dekabrında Kazan komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında Tatarıstan Respublikasının komandası bütün turnirlərdə 38 qələbə qazanıb, 36 məğlubiyyət acısı yaşayıb, 22 dəfə heç-heçə edib.
2021/22 mövsümünün sonunda "Rubin" Birinci Liqaya düşüb. Rusiyanın ikinci mühüm divizionunda 18 oyundan sonra Kazan 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər