Bütün xəbərlər
Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib
Tarix: 15-11-2022 04:24 | Bölmə: Karusel

Episentri Mie prefekturasında yerləşən Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib. Sunami riski olmasa da, ilk təsbitlərə görə insan tələfatı və ya mülk itkisi olmayıb.
Sabaha-inamla.az türk mətbuatına istinadən xəbər verir ki,episentri ölkənin Mie əyaləti yaxınlığında olan Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyi (JMA) yerli vaxtla saat 17:09-da qeydə alınan zəlzələnin 350 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Tokio, Fukusima və İbaraki də daxil olmaqla bir çox əyalətdə hiss olunan zəlzələdən sonra sunami riskinin olmadığı bildirilsə də, ilk təsbitlərə görə insan tələfatı və mülk itkisi yaşanmayıb.



Baxış sayı: 254


Bölməyə aid digər xəbərlər