Bütün xəbərlər
Batmanda tankerin vurduğu 70 qoyun ölüb
Tarix: 15-11-2022 04:11 | Bölmə: Karusel


Batmanın Hasankeyf rayonunda 70 qoyun yanacaq dolu tankerə çırpılaraq ölüb.
Sabaha-inamla.az türk mətbuatına istinadən xəbər verir ki,qəza axşam saatlarında Üçyolun Hasankeyf rayonunda baş verib. Sürücüsünü öyrənmək mümkün olmayan 72 AAJ 061 dövlət nömrə nişanlı yanacaq dolu tanker yoldakı qoyun sürüsünə çırpılıb. Qəzada 70 baş qoyun tələf olub.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər